Filipp Kirkorov Bakıda ilk solo konsertini verəcək

Biletlər artıq satışdadır

Rusiyanın tanınmış müğənnisi, xalq artisti Filipp Kirkorov noyabrın 9-da Bakıda ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək. Sarayın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müğənninin Heydər Əliyev Sarayında keçirəcəyi konsertin biletləri artıq satışa çıxarılıb. Biletlərin qiyməti 45-100 AZN arasında dəyişir.
Məlumata görə, qısa müddətdir satışa çıxarılmasına baxmayaraq, artıq ilk 20-ci sıraya kimi biletlər satılıb. Hazırda şəhərin mərkəzi kassalarında sözügedən konsertə biletlər yalnız 20-ci sıradan başlayır.
Qeyd edək ki, bu, Filipp Kirkorovun Bakıda ilk çıxışı deyil. Bir neçə il əvvəl müğənni bəstəkar İqor Krutoyun Bakı səhnəsində keçirilən yaradıcılıq gecəsində çıxış edib. Gözlənilən konsert isə Filipp Kirkorovun ilk solo çıxışıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31