Populyar türk müğənnisi boşandı
14 Sentyabr 2012 15:42 MədəniyyətPopulyar türk müğənnisi İşın Qaraca bir il öncə evləndiyi həyat yoldaşı fotoqraf Sədat Doğandan boşanır. "Olaylar" "Habertürk "ə istinadən xəbər verir ki, 1 yaşında Saşa Mia adında qız övladları olan cütlüyün boşanma səbəbi Sədatın səyahətdə olduğu müddətdə gənc bir qadınla eşq macərası yaşaması olub. Tez bir zamanda onların münasibətlərini anlayan İ. Qaraca aldadıldığını öyrənib. Xəyanəti bağışlamayan müğənni boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə boşanmanın ilk mərhələsini sentyabrın 25-nə planlaşdırıb.
Qeyd edək ki, İ. Qaracanın boşanma qərarı yaxınlarını olduqca təəccübləndirib. Bundan öncə münasibətlərində heç bir problemin yaşanmadığını deyən sənətçi "Şəxsi həyat şəxsi həyatdır, heç bir şey bilmirəm" - deyərək ona ünvanlanan sualları cavabsız qoyub.