Ebru Gündeş həyat yoldaşına rəqqasə hədiyyə etdi

Tanınmış türk müğənnisi Ebru Gündeş tez-tez ona bahalı və dəyərli hədiyyələr alan həyat yoldaşı iş adamı Rza Zərrabın ad gününə maraqlı hədiyyə edib.  37 yaşında olan Ebru Gündeş, 26 yaşını haqlayan həyat yoldaşı üçün Hilton Otelin yüksək mərtəbəsində restoran bağlatdırıb.

Məşhur müğənni həyat yoldaşına sürpriz olaraq maraqlı ad günü düzənləyib. Tanınmış müğənni Yıldız Tilbə və Ərmağan Çağlayan kimi azsaylı dostlarını da  yığıncağa dəvət edən E.Gündeş, gecənin sürprizi olaraq oriental rəqqasə Nuran Sultanı səhnəyə çıxarıb. E.Gündeş və həyat yoldaşı R.Zərrab masalarına yaxınlaşan tanınmış rəqqasəyə  külli miqdarda pul veriblər. E. Gündeşin həyat yoldaşına aldığı özəl hədiyyəyə gəlincə isə müğənni bunu mediadan gizli saxlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31