Yaşar Nurinin həyat yoldaşı danışdı

Xalq artisti Yaşar Nuri Azərbaycana sentyabrın sonlarında qayıdacaq.  Bu barədə APA-ya Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva məlumat verib. "Bir neçə günlük Bakıya gəlmişəm. Bir həftəyə Yaşarın yanına qayıdacam. Onun vəziyyəti yaxşıdır, müalicə isə bu ayın sonuna qədər başa çatmalıdır. Bundan sonra Yaşar Vətənə qayıdacaq", - o əlavə edib.  R.Nuriyeva həyat yoldaşının müalicədə olduğu vaxt onun haqqında yayılan yalan məlumatlara narazılığını bildirib.  "Yaşar haqqında yalan məlumatlar yaymaq kimə sərf edir? Bu, kimə lazımdır? Bu qədər yalan danışmaq olmaz axı. Yaşar neçə vaxtdır müalicə alır və ona dəstək lazımdır. İnşallah, sağ-salamat vətənə qayıdacaq", - o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31