Hüseyn Dərya ölkəni tərk edib rusca oxuyacaq

Reper Hüseyn Dərya 3 gündən sonra Rusiyaya yola düşəcək. O, "Azadinform"a açıqlamasında əgər danışıqlar baş tutarsa, Azərbaycanı birdəfəlik tərk edəcəyini bildirib.
Çünki müqavilənin əsas şərti onun yalnız Rusiyada fəaliyyət göstərməsidir. Hər şeyin müqavilənin şərtlərindən asılı olduğunu deyən Hüseyn Dərya daha sonra əlavə edib: "Əgər şərtlər ürəyimcə olsa, sənətimi Rusiyada davam etdirəcəm. Çox güman ki, artıq burada fəaliyyət göstərməyə icazəm olmayacaq. Bu sövdələşmə baş tutarsa, artıq replərimi də rus dilində ifa edəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31