Meqa star ən qısa zamanda qonağımız olacaq. Milli.Az xəbər verir ki, tanınmış türkiyəli ulduz Tarkanın Azərbaycan səfərinin tanıtım çarxını təşkilatçı Nahid Emiloğlu şəxsi Facebook səhifəsində yerləşdirib.
Nahid konsertin vaxtı və məkanı barəsində heç bir məlumat verməyib. "Tezliklə" sözləri ilə paylaşılan video görüntü Tarkanın "Biri sən" hiti üzərində hazırlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31