Məşhur yazıçı Azərbaycana gəlir

İskəndər Pala sentyabr ayının 16-dan 19-dək Bakıda səfərdə olacaq

Məşhur yazıçı İskəndər Pala Azərbaycana gələcək. ANS PRESS-in məlumatına görə, "Babildə ölüm, İstanbulda eşq", "Şah və Sultan", "OD" və bir çox başqa populyar romanların müəllifi bu il sentyabr ayının 16-dan 19-dək Bakıda səfərdə olacaq. İsgəndər Pala Milli Məclis üzvü olan ədəbiyyat, mədəniyyət, elm xadimləri və habelə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşəcək.

Ayın 18-də isə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, Nizami Cəfərovla görüşərək "Ortaq Türk tarixi və kültürü: yeni dövrün çağırışları və yazarların, tarixçilərin, aydınların üzərinə düşən vəzifələr" mövzusunda konfransın keçirilməsi və bir neçə ictimai təşkilat tərəfindən İskəndər Palaya ödül təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İskəndər Palanın aparıcı media orqanlarında çıxışı, jurnalistlər üçün brifinqi də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31