İbrahim Tatlısəsin qızı yox...
...oğlu olacaq.
13 Sentyabr 2012 16:04 MədəniyyətTürkiyənin ən məşhur müğənnilərindən biri, "İmperator" ləqəbli sənətçinin xanımı, hamiləliyin 3-cü ayında olan Ayşegül Yıldızın ultrasəs müayinəsinin nəticəsi budur. Ötən ilin martın 14-də sui-qəsdə məruz qalan və başından güllə yarası alaraq xəstəxanaya düşən Tatlısəs bir qədər "özünə gələndən" sonra 2011-ci ilin sentyabrın 27-də Ayşegül Yıldızla evlənmişdi. Bir qədər əvvəl yayılmış xəbərlərə görə, Tatlısəs qız atası olacaqdı. Lakin İstanbuldakı Acıbadem xəstəxanasında aparılmış ultrasəs müayinəsi Ayşegül Yıldızın oğlan doğacağını göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31