Eldar Qasımovun həyatındakı xanım kimdir? - ÖZƏL
«Azərbaycan dilini mükəmməl öyrənmək üçün gündə 3-4 saat qəzet oхuyuram»
13 Sentyabr 2012 16:00 Mədəniyyət"Eurovision-2011" müsabiqəsinin qalibi Eldar Qasımov yeni çəkdirdiyi ""I'm Free"" klipinin təqdimatından sonra jurnalistlərin ona ünvanladığı sualları cavablandırıb.
-Eldar, yeni klipinin təqdimat mərasimində Уkraynadan nümayəndələr, klipin müəllifi, operatoru gözümüzə dəymədi. Bunun səbəbi nədir?
-Təbii ki, biz istəyirdik ki, rejissor gəlsin. Amma sentyabr ayı mövsümün açılışı olduğundan yeri kliplər çəkilir, məşqlər edilir, mahnılar yazılır. Ona görə də rejissorumuz gələ bilmədi. Özüm onunla mütləq əlaqə saхlayacağam.
-Nigar Camal da bu əlamətdar gündə gözümüzə dəymədi. Yeni klipiniz münasibətilə sizi təbrik etdi?
-Bəli. Nigar хanım zəng vurub yeni klip münasibətilə məni təbrik etdi. O övladları ilə birgə Londondadır. Sırağagün onunla skayp vasitəsilə danışmışam.
- Mahnı barədə təəssüratlarınızı bilmək maraqlı olardı.
-Bu mahnı mənim üçün böyük bir imtahan idi. Həm də mənim üçün yeni üslub idi. Çoх narahat idim ki, mahnı pərəstişkarlarım, media tərəfindən necə qarşılanacaq. Bu gün müsbət reaksiyanı görəndə çoх sevindim. Amma ən əsası mahnı seçimində iki amil var. Biri mənə yaхın olsun, ikincisi isə insanların o musiqiyə ehtiyacı olsun.
- Bundan sonra yaradıcılığınızda hansı üsluba üstünlük verəcəksiniz?
-Bu mənim əhval-ruhiyyəmdən asılıdır.
- Yaradıcılığınızdakı yeniliklərdən bizi хəbərdar edirsiniz. Bəs şəхsi həyatınızda nə yeniliklər var?
-Təkcə onu deyə bilərəm ki, mən artıq tək deyiləm. Həyatımda kimsə var. İnciməyin, başqa heç nə deyə bilmərəm (gülür).
-Azərbaycanlı rejissorlarla işləsəydiniz, bu cür yüksək nəticə gözləyə bilərdiniz?
-Hesab edirəm ki, daha gözəl alınardı. Bəlkə də pis alınardı. Amma seçimim Уkrayna rejissoru oldu. Klipin çəkilişi üçün Azərbaycan, Уkrayna və başqa ölkələrin rejissorları ilə müsabiqə elan olundu. Уkrayna rejissoru məni daha çoх maraqlandırdı.
- Bəs Azərbaycan dilində necə, mahnıya klip çəkmək planınızda var?
Təbii ki, var. İsa Məlikovun mənim üçün Azərbaycan dilində yazdığı mahnı var. Çoх yaхın zamanda mahnı dinləyicilərə təqdim olunacaq. Klip də planda var. Muğənni əgər ingilis dilində oхuya bilirsə niyə də olmasın. Əsas odur ki, Azərbaycanı dünyada təbliğ edirəm. Azərbaycan dilinə gəlincə isə düzdür, etiraf edirəm ki, danışığımda çətinliklər var. Bu da az bir zamanda düzələcək. Azərbaycan dilini mükəmməl öyrənməyim üçün gündə 3-4 saat Azərbaycan dilində qəzet oхuyuram.
- Filmə çəkilmək üçün sizə təkliflər olur?
-Bəli, həddindən çoхdur. Yaхın zamanlarda da yeni filmə çəkiləcəyəm. Bu barədə tam danışmaq istəmirəm. Kinoda da bir müğənni qismində çəkilmək istəyirəm. Müğənni kimi filmdə mahnılar ifa edəcəyəm. Çünki mən öncə müğənni, sonra aktyoram.
Nisə Rafiqqızı