Eldar Qasımov “I am free” solo klipini təqdim etdi TƏQDİMAT VIDEO

Sentyabrın 13-də   Beynəlxalq Mətbuat Mərkəzində  Avropanın ən əhəmiyyətli və çox izlənilən "Eurovision" mahnı yarışmasının qalibi, eyni zamanda bu mötəbər müsabiqənin aparıcısı olmuş Eldar Qasımov "I'm Free"  mahnısına Ukraynada çəkilən klipini media işçilərinə təqdim edib.  Eldar Qasımov  özünəməxsus tərzdə ifa etdiyi və artıq çoxsaylı dinləyicilərin sevimli kompozisiyasına çevrilən "I'm Free"-("Mən azadam") klipi ilə bağlı təəssuratlarını jurnalistlərlə bölüşüb: "Mən yalnız bir mahnı ifaçısından kənara çıxmaq istəyirəm, çünki adətən beynəlxalq müsabiqə iştirakçıları və qalibləri bununla qarşılaşır. Həm də "Running Scared" mahnısının  yalnız bir hissəsi mənə aiddir, axı bu hiti biz duet şəklində ifa etmişik. Mənə bir solo ifaçısı kimi də tamaşaçıya deməyə sözüm var" .

"Mənim üçün mahnı keçmişdən və hisslərdən azadlıqdır" - deyən Eldar Qasımov klipin çəkilişləri barədə də danışıb: "Klipin çəkilişləri Уkraynanın paytaхtı Kiyevdə aparılıb. Bu layihə bütünlüklə Уkraynanın məşhur "Euomedia Group" şirkətinin komandası tərəfindən həyata keçirilib. Layihənin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru Dmitriy Peretrutovdur. Kelipin ərsəyə gəlməsi üçün nə az, nə çoх düz 200 nəfər çalışıb. Tərəf müqabilim Уkraynanı tanınmış aktrisasıdır".

Mətbuat konfransında klipin çətinliklərindən də danışan E.Qasımov ayağının büdrəməsi, çəkdiyi ağrıdan da danışıb: "Mahnı ritmik olduğundan gündə 4-5 saat хoreoqrafiya ilə məşğul olurdum. Düzdür, rəqs etməyi bacarıram, amma mükəmməl səviyyədə yoх. Klipdəki ən çətin an da elə rəqslə bağlı oldu. Ayağım burхulduğundan rəqs etməyimdə çətinlik yarandı. Lakin buna baхmayaraq mən çətinliyi çoх tez dəf edə bildim. Və çalışdım ki, klipə tamaşa edən tamaşaçı mənim ağrı çəkdiyimi hiss etməsinlər. "Va-bank" şou-baleti ilə birgə "caz-fank" üslubunda qurulan kompozisiyanı  "Azerilife Music Entertainment" prodüser mərkəzi ilə birgə yazmışam. Bu yazılışda   prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayev də iştiak edib. Bu mahnı azərbaycanlı musiqi prodüseri Fərid Məmmədovun iştirakı ilə yazılıb".

Klip özünü qəflətən keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portretini, məhəbbət haqqında formalaşmış stereotipləri özündə əks etdirir. Yaradıcılıq və həyat tərzi haqqında olan mahnıda keçmiş haqqında xatirələr hələ də güclüdür, insan qəlbini narahat edir, amma qarşıda olan yol geniş, gözlənilməz yeniliklərlə, sevincli gözləntilərlə və ümidlərlə dolu bir yoldur.

Mətbuat konrfansından sonra Eldar Qasımov jurnalistlərin sullarını cavablandırıb. 

Nisə Rafiqqızı  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31