"Elnarə indi çox şit geyinir"
13 Sentyabr 2012 20:15 MədəniyyətStilist Anar Ağakişiyev müğənni Elnarə Xəlilova barədə tənqidi fikirlər səsləndirib.
Publika.Az-a açıqlama verən stilist bildirib ki, müğənninin imicini bəyənmir:
"Elnarənin əvvəlki imicini bəyənirdim. İndi çox şit geyinir, imicində uğursuz seçim edib. Ümumiyyətlə, Elnarə Xəlilovanın rəng seçimi bərbaddır. Rənglər sanki qışqırır. Saç düzümü və geyimi də çox pisdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31