Məşhur sənətçi ailəsi qızına kəcavə aldı VIDEO

Təranə Qumral və Musa Musayev qızları Sevgim üçün təmtəraqlı ad günü keçirdilər

.Milli.Az xəbər verir ki, ötən gün şəhər restoranlarının birində tanınmış müğənnilər Təranə Qumral və Musa Musayev ailələrinin sonbeşiyi Sevgimin 5 yaşını qeyd etdilər.Qohumların çoxluq təşkil etdiyi məclisə ailəyə yaxın olan sənətçi dostları xüsusi rəng qatdılar. Aktyor-rejissor Sərxan Kərəmoğlunun aparıcılığı ilə başlanan ad gününə Sevgim valideynlərinin hədiyyə etdiyi kəcavədə gətirildi. Təranə xanımın bu ideyası qonaqların əksəriyyəti tərəfindən xüsusi maraqla qarşılandı.Olduqca şən ab-havada gecəyarısına qədər davam etmiş özəl gecədən eksklüziv fotosessiya və video görüntüləri sizə təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31