Murad Dadaşov çıxdı atın belinə... - FOTO
12 Sentyabr 2012 20:27 MədəniyyətŞən və Hazırcavablar Klubunda "Bakılı oğlanlar" komandasının tanınmış üzvü, şoumen Murad Dadaşov atçılıq idman növünü çox sevir Milli.Az xəbər verir ki, bu barədə M.Dadaşov Trend Life-a bildirib. "Mənim atçılıq idmanına sevgim çoxdan yaranıb. Yəqin ki, 1978-ci ildə - at ilində dünyaya gəldiyimə görədir", - o əlavə edib. Dadaşov deyir ki, atçılığa sevgisi və ağır çəkisinə görə hərdən yaxınları onunla bu məsələdə zarafat da edirlər. "Birinci dəfə ata minəndə həyat yoldaşım zarafatca deyirdi ki, mənim ağırlığımdan at çökəcək", - Dadaşov gülümsəyərək deyir. O, at yarışlarını izləməyi də sevir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31