Murad Arif də oxudu... VIDEO

"Oxumaq istədim, yəqin ki, mənəvi ehtiyacdan irəli gəldi..."

Oxuyanların sirasısına daha bir aparıcı qoşuldu. ANS PRESS-in məlumatına görə, tanınmış aparıcı, eyni zamanda hit mahnıların müəllifi Murad Arif oxudu. Aparıcı bu günlərdə oxuduğu parçanı sosial şəbəkələrin birində öz dostları ilə bölüşüb. Hamının marağına səbəb olan bu mahnı Amerikanin "Lady Antebellum" qrupu tərəfindən ifa olunub və qrupa 5 Qremmi mukafatı qazandırıb. Rok janrında olan mahnı "Need you now" adlanır. 
Murad Arifin sözügedən mahnının onun üçün çox özəl və şəxsi olduğunu söylədi: "Oxumaq istədim, yəqin ki, mənəvi ehtiyacdan irəli gəldi... Mahnılar hislərin təzahürüdür. Yalnız sevənlər anlaya bilər..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31