Turan Cavidin xatirə günü keçirildi
13 Sentyabr 2012 03:35 MədəniyyətBu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində cavidlər ailəsinin sonuncu üzvü Turan xanım Cavidin vəfatının 8-ci ildönümü ilə əlaqədar xatirə günü keçirilib.
Tədbirdə AMEA-nın müxbir üzvü Teymur Kərimli, fil.ü.e.d., professor Məhərrəm Qasımlı, fil.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d., professor Gülşən Əliyeva, muzeyin "Ekspozisiya" şöbəsinin müdiri Elnarə Məmmədova, "Elmi fondlar" şöbəsinin müdiri Cəmilə Rzayeva, muzeyin elmi katibi İlahə İbrahimova və Hüseyn Cavidin yaxın qohumu, muzeyin əməkdaşı şair Əbülfəz Naxçıvanlı çıxış edib. Onlar Turan xanımın Cavid isrinin öyrənilməsi və təbliğ olunması ilə bağlı gördüyü işlərdən, bu ailədən danışıblar.
Tədbir çərçivəsində Turan Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgi də nümayiş etdirilib. Sərgidə Turan Cavidə məxsus fotoşəkillər, sənədlər və Hüseyn Cavidin Ev Muzeyinin açılışı ilə bağlı materiallar təqdim olunub.