Hüseyn Dəryanın Azərbaycandakı fəaliyyətinə qadağa qoyula bilər
Repçi ölkəni tərk edərək Rusiyaya getməyə hazırlaşır
12 Sentyabr 2012 17:22 MədəniyyətTanınmış reper Hüseyn Dərya ölkəni tərk etməyə hazırlaşır. Reper ANS PRESS-ə açıqlamasında 3 gündən sonra Rusiyaya yola düşəcəyini deyib. Danışıqlar baş tutarsa, reper Azərbaycanı birdəfəlik tərk edəcək. Çünki müqavilənin əsas şərti onun yalnız Rusiyada fəaliyyət göstərməsidir. Hər şeyin müqavilənin şərtlərindən asılı olduğunu deyən Hüseyn Dərya daha sonra əlavə edib: "Əgər şərtlər ürəyimcə olsa, sənətimi Rusiyada davam etdirəcəm. Çox güman ki, artıq burada fəaliyyət göstərməyə icazəm olmayacaq. Bu sövdələşmə baş tutarsa, artıq replərimi də rus dilində ifa edəcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31