"Muhteşem yüzyıl": hərəm qaynayacaq
12 Sentyabr 2012 20:16 MədəniyyətTürkiyənin ən populyar serialına çevrilən "Muhteşem yüzyıl"ın yeni mövsümü bu axşam başlayacaq. Milli.Az bildirir ki, Star TV-də axşam nümayiş olunacaq yeni bölümü ilə yenə gündəmi zəbt edəcəyi şübhə doğurmayan serialın yeni simaları da olacaq. Onların arasında aktrisa Cansu Derenin oynadığı iranlı Firuzə xüsusi yer tutur. Qanuni Sultan Süleymanın bacısı Hatice Sultan ərindən, Parqalı İbrahim Paşadan boşanmağa qərar verir.
Validə Sultanın məkanına daşınan Hürrəm Sultan ilə Hatice arasında münasibətlər xeyli sərinləyir... Firuzənin hərəmə salınması ilə sarayda gərginlik artacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31