Məşhur türk müğənni qayıtdı

Döş xərçəngi diaqnozu qoyulandan sonra fəaliyyətində fasilə yaranan müğənni Nilufər indi səhnəyə qayıdır. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Türkiyənin ən populyar pop-müğənnilərindən biri Nilufərin müalicədən sonra ilk konserti sabah İstanbulda, "Turkcell Kuruçeşme Arena"da olacaq. Nilufer son konsertini ötən ilin noyabrın 15-də İstanbuldakı "Beyoğlu Jolly Joker"də vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31