Azər Mirzəyevin səhhəti yenidən pisləşib

Aktyorun yanına heç kəs buraxılmır

Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Azər Mirzəyevin səhhətində yenidən problem yaranıb. Sənətkarın  həyat yoldaşı Sevinc Mirzəyevanın "Olaylar"a verdiyi eksklüziv açıqlamaya görə Azər Mirzəyevin səhhətində irəliləyişlər hiss olunmur: "Hazırda yenə də Mərkəzi Klinik Xəstəxanadayıq. Telefona Azər müəllim özü cavab verə bilmir. Nə çəkiliş aparmağa, nə də yaxnına kimsənin gəlməsinə icazə verilmir. Həkimlər onun təcili  əməliyyat olunmasını söyləyiblər".

Sevinc Mirzəyeva bildirib ki, ailəsi həkimlərin bu təklifi barədə ciddi düşünüb qərar verməlidirlər:  "Azərin ürək-damar sistemində kəskin problemlər var. Həkimlər bizə deyiblər ki,  əməliyyat xəstənin həyatı üçün riskli ola bilər. Ona görə də əlacsız qalmışıq. Azərin bacı-qardaşlarının da razılığı olmalıdır. Onlar da Bakıda deyil. Biri Türkiyədə, biri Latviyadadır. Hamı bir yerə toplaşıb yekdil qərara gəlməlidir".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31