Bred Pitt milyonluq qonorar dövrünün bitdiyini deyir

Bir müddət əvvəl öndə gedən Hollivud ulduzları bir filmə görə 10 milyon dollaradək qonorar alırdılar. Bahalı aktyorlardan sayılan Bred Pittin sözlərinə görə, yüksək qonorar dövrü sona yetir. Bir çox studiyalar iqtisadi böhran səbəbindən kritik duruma düşüblər və buna görə də iri layihələrə imza atırlar. Orta səviyyəli filmlərin çəkilişlərinə pul yatıran yoxdur. Bu vəziyyət gənc rejissorlara istedadlarını nümayiş etdirərək yeni filmlər çəkməyə imkan verir.
Qeyd edək ki, ötən il Bred Pittin gəliri 25 milyon, onun sevgilisi Ancelina Colinin qonorarı isə 20 milyon dollar təşkil edib. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31