EMİN: “Dünyanın ən gözəl müğənnisi ilə eyni səhnəni bölüşəcəyimə çox şadam” (FOTO)
İfaçılar “Baku Crystal Hall”da səhnəyə çıxacaqlar
12 Sentyabr 2012 13:19 Mədəniyyət23 sentyabrda "Baku Crystal Hall"da solo konsertlə çıxış edəcək dünyaca məşhur müğənni Cenifer Lopeslə eyni səhnəni bölüşəcək azərbaycanlı müğənni-bəstəkar EMİN (Emin Ağalarov) bu barədə öz saytında yazıb. ANS PRESS-in məlumatına görə, ifaçı Cenifer Lopesin (JLO) konsertinin xüsusi qonağıdır. Məşhur müğənni peşəkar rəqqasələr və filarmonik simli musiqi alətlər orkestri ilə birlikdə 45 dəqiqəlik tam şou təqdim edəcək. 20 000 tamaşaçısı olacaq konsertin biletləri praktiki olaraq satılıb."Öz doğma şəhərimdə "Baku Crystal Hall"ın səhnəsində yenidən çıxış edəcəyimdəm və dünyanın ən gözəl və uğurlu müğənnisi ilə eyni səhnəni bölüşəcəyimdən çox şadam. Biz Cenifer Lopezlə hələ 10 il əvvəl, hələ biz "JLO by Jenifer Lopez" brendi ilə işləyərkən tanış olmuşam. Bu dəfə isə biz onunla müştərək butikdə deyil, artıq səhnədə görüşəcəyik və bu çox gözəldir".
Qeyd edək ki, Cenifer Lopes Azərbaycanda 22 sentyabrda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının (FIFA U-17 Women's World Cup) açılışında iştirak edəcək