Ancelina Coli qaçqınlara baş çəkdi

Məşhur aktrisa İordaniyadakı suriyalı qaçqınlardan ibarət düşərgədə olub

Dünyanın ən məşhur aktrisalarından biri olan, Hollivud ulduzu Ancelina Coli suriyalı qaçqınlara baş çəkib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Coli İordaniyadakı qaçqınların qonağı olub.
Qaçqın düşərgəsində olan aktrisa suriyalılardan dəhşətverici və ürək yandıran hekayələr dinlədiyini deyib. O, Suriyadakı hadisələrlə bağlı böyük narahatlıq keçirdiyini də bildirib.
Bu addımı ilə o, suriyalı qaçqınların vəziyyətinə diqqət çəkmək və daha çox yardım toplamaq məqsədi daşıyıb. Qeyd edək ki, Ancelina Coli BMT-nin xoşməramlı səfiridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31