Tanınmış türk aktrisa ofisianta yalvardı

Türkiyənin tanınmış aktrisalarından biri Mine Çayıroğlu İstanbulun Beyoğlu səmtindəki gecə klublarından birində rüsvayçı davranıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, klubda içib sərxoş olandan sonra ofisianta eşq izharına başlayıb. Rəfiqəsinin səyi ilə klubdan çıxandan sonra da Çayıroğlu ofisiantdan əl çəkməyib: "Nə olar, mənimlə gəl! Səni burada gözləyirəm", - deyərək ona yalvarıb. Ayaq üstə zorla duran, səndirləyən Çayıroğlunu rəfiqəsi uzun sürən səylərdən sonra taksiyə oturdaraq evə apara bilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31