"Kuzey Güney": Gürcüstanda qan töküləcək?

Türkiyənin "Kanal D" telekanalında reytinqləri alt-üst edən "Kuzey Güney" serialının yeni mövsümü başlanır. Milli.Az Hürriyet-ə istinadən bildirir ki, baş rollarda Kıvanç Tatlıtuğ, Buğra Gülsoy, Öykü Karayel, Bade İşcil və Merve Boluğurun oynadıqları serialın yeni mövsümdə ilk seriyası sabah axşam, Bakı vaxtı ilə 22:00-da nümayiş olunacaq. Yaxın dostu Alinin intiqamını almaq istəyən Kuzey Ferhatın izinə düşür və onun Gürcüstanda olduğunu öyrənir.
Həyatı bahasına da olsa, Ferhatı öldürməyi düşünən Kuzey düşməni ilə qarşılaşmadan sevdiyi qadınla vidalaşır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31