"Adını Feriha koydum": aktyorlar dava saldılar
11 Sentyabr 2012 20:24 MədəniyyətTürkiyənin ən populyar seriallarından biri, ötən həftə yeni mövsümə başlayan "Adını Feriha koydum"un çəkiliş meydançasında dava düşüb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, teleserialda baş rolda oynayan Çağatay Ulusoy ilə Zühar obrazını canlandıran, seriala bu yaxınlarda cəlb edilmiş Beril Kayar arasında dava düşüb. Davanın səbəbi serialdan ayrılmış aktrisa Hazal Kaya olub. Kayadan danışarkən aktrisa Kayar: "O da kimdir ki?!" - deyib.
Bunu eşidən Ulusoy sinirlənib, onunla aktrisa Kayar arasında dava düşüb və iş o yerə çatıb ki, Ulusoy Kayarı itələyib. Dava barədə dedi-qodular yayıldığı üçün serialda Ulusoyun oynadığı obrazın anası rolunu oynayan Ahu Süngür Twitter-dəki akkauntunda bu hadisəni yalanlamağa çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31