Azərbaycanlı rəssamın Türkiyədə sərgisi keçiriləcək

Sentyabrın 18-də  İstanbul Dolmabağça Sənət Qalareyasında Azərbaycanın İstanbuldaki Baş Konsulluğu və Türkiyə Böyük Millət Məclisinin  Milli Saraylar müdirliyinin təşkilatçılığı ilə rəssam Məryəm Ələkbərlinin "Rənglərin Rəqsi" rəsm sərgisi keçiriləcək. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, sərginin açılışında Azərbaycanın İstanbuldaki Baş Konsulu Həsən Zeynalov, bir çox elm, siyasət və incəsənət xadimi, iş adamları və İstanbuldaki Azərbaycan icmasının qabaqcıl nümayəndələri iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31