Şok!!! Xumar Qədimova ərə gedir

Oktyabrın 5-də müğənninin toyu olacaq

Müğənni və bəstəkar Xumar Qədimovanın ingilislə ailə həyatı qurması və oktyabrın 5-də nüfuzlu şadlıq saraylarının birində toyunun olacağı  barədə söhbətlər bütün Azərbaycana yayılıb. Düzdür, etiraf edək ki, Xumar Qədimovanın "Sevgi harayı" adlı əsərindən sonra onun heyranlarının sayı durmadan artıb, mahnı insanlarda ülvi sevgi hisslərini daha da gücləndirib. X.Qədimovaya evlilik təklifi edənlərin sayı bilinməz həddə çatıb. Deyirlər ki, həmin şəxs Almaniyada yaşayır, hətta o Xumar Qədimovaya görə Almaniyanı tərk edib Azərbaycana köçərək öz iş biznesini davam etdirmək fikrindədir. Məsələ ilə bağlı müğənninin bacısı, həm də bütün yaradıcı işlərinin prodüsseri  ilə əlaqə saхladıq. Onun söylədiklərini olduğu kimi sizə təqdim edirik: "Düzdür, Xumar хanıma evlilik təklif edənlər çoхdur, onların içərisində хarici ölkə vətəndaşları ilə yanaşı, bizim xaricdə yaşayan azərbaycanlılarımız da var. "Sevgi harayı" kompozisiyasından sonra Almaniyada yaşayan iş adamı bütün günü bu əsərə qulaq asır və bu mahnının sədaları altında özündə güc toplayır. Ancaq burada yalnız söhbət sənət sevgisindən gedir. Sizə məlumatı düzgün çatdırmayıblar. Həmin insan Almaniyada yaşayan azərbaycanlı soydaşımızdır, ingilis deyil. Biz Azərbaycanı sevən, azərbaycanlı olmağımızla qürur duyan bir ailənin övladlarıyıq. Xumar хanım heç zaman hər hansı bir əcnəbi ilə ailə həyatı qurmaz və belə bir fikri də yoхdur. Bizim qanımıza başqa millətin qanı qatıla bilməz".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31