Məşhur rusiyalı müğənni Bakıda yubiley konserti verəcək
11 Sentyabr 2012 14:08 MədəniyyətRusiyanın xalq artisti İosif Kobzon Bakıda Heydər Əliyev Sarayında konsert verəcək. Sarayın mətbuat xidmətindən verilən məlumata görə, 18 sentyabr-Milli Musiqi Günündə təşkil olunacaq konserti İosif Kobzon 75 illik yubileyinə həsr edəcək.
"Ya lyublu tebya, jizn" adı altında keçiriləcək konsertdə İosif Kobzon repertuarındakı ən yaddaqalan mahnılarını ifa edəcək. Sözügedən konsert yalnız dəvətnamə ilə olacaq.
Bakıdan əvvəl İosif Kobzon Moskvada yubiley konserti ilə çıxış edəcək. Daha sonra Azərbaycan da daxil olmaqla, 11 ölkəyə yubiley konserti turuna çıxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31