İbrahim Tatlısəsin qızı olacaq

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs yenidən ata olacaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən ilin 27 iyulunda evlənən İbrahim Tatlısəslə Ayşəgül Yılmaz uşağın cinsiyyətini öyrəniblər. Dörd aylıq hamilə olan Ayşegül Yılmazın qızı dünyaya gələcək.
Qeyd edək ki, İbrahim Tatlısəs birinci həyat yoldaşı Ədalət Tatlıdan iki qızı, bir oğlu, Pərihan Savaşdan bir qızı, Dərya Tunaldan isə bir oğlu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31