Azərbaycanlı müğənninin bahalı çantası dünya mətbuatında

Azərbaycanın populyar müğənnisi İlhamə Qasımova Berlində keçirilən "musiqi texnologiyaları " sərgisində konsert proqramı ilə çıxış edib.

"Qafqazinfo"nun məlumatına görə, sərgidə dünyanın nüfuzlu media qurumları üçün təşkil edilən konsert proqramında azərbaycanlı müğənninin çıxışı coşqu ilə qarşılanıb. Konsert proqramında İlhamə Qasımova öz repertuarından bu ilin ən hitt mahnılarını səsləndirib. Alman mətbuatının yaydığı məlumata görə, sənətçimizin nümayiş etdirdiyi qeyri-adi ifa sərgidə iştirak edən media mənsublarının hədsiz marağına səbəb olub.

İlhamə Qasımovanın azərbaycanlı olduğunu öyrənən jurnalistlər, İlhamə Qasımovaya ölkəmizlə bağlı bir cox suallar ünvanlayıblar. Dünyanın aparıcı mətbu orqanlarına müsahibə verən müğənnimiz Azərbaycan musiqisinin zənginliyindən danışıb. Sərgiyə qatılan dünyanın media mənsubları İlhamə Qasımovanın fotolarından ibarət rəngarəng fotosessiyalar edərək öz mətbu orqanlarında nümayiş etdiriblər. Müğənnimizin geyim üslubu, hətta əlindəki qiymətli kiçik əl çantası belə jurnalistlərin diqqətindən yayınmayıb. Sərgi müğənnimizin alqış sədaları ilə müşayət olunan ifası ilə yekunlaşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31