Müğənni Rəqsanəyə qarşı cinayət işi açılıb VIDEO
Prodüser Təranə Səmədova müğənnini 27 min manatı mənimsəməkdə ittiham edir
11 Sentyabr 2012 11:49 MədəniyyətAdı daim qalmaqallarda hallanan müğənni Rəqsanənin üzünə yenidən məhkəmə qapıları açılacaq. Belə ki, müğənni ilə keçmiş prodüseri Təranə Səmədova arasında "soyuq müharibə" hələ də davam edir. Təranə Səmədova Rəqsanəyə qarşı dələduzluq faktı ilə əlaqədar cinayət işi qaldırıb. O, müğənnini 27 min manatını mənimsəməkdə ittiham edir: "Məndən başqa da şikayətçi olan Faiq Azayevin 200 mindən artıq pulu mənimsənilib. Başqa şikayətçiləri yaxından tanımıram deyə, məbləğləri dəqiq bilmirəm. Amma orada da külli miqdarda pullardır. Hətta kiçik miqdarda belə borclu olduğu insanlar var. Həmin borc sahiblərinə səslənərdim ki, artıq cinayət işi açılıb".Müğənni Rəqsanə İsmayılova isə ona qarşı qaldırılan ittihamın doğru olmadığını deyir. Heç kimə borclu olmadığını söyləyən müğənni adıçəkilən digər şəxsləri heç tanımadığını və onların adını ilk dəfə eşitdiyini bildirib. O ki qaldı, ona qarşı açılmış cinayət işinə, Rəqsanə bu işlərin qanun çərçivəsində həll olunacağını və məsələnin vəkili tərəfindən araşdırılacağını deyib."Mən dəfələrlə televiziya vasitəsilə lazımi orqanlara müraciət etdim ki, mən bu insanların əlindən məcbur qalmışam ki, uşaqlarımı da götürüb Azərbaycanı tərk eləyim. Kimləri tapıb çıxardıblar, məhkəməyə gəlirlər, yaşlı-yaşlı kişiləri yığıb gətirirlər, hamısı rayondan-kənddən, özləri sifətdə insanları toplamaqla mənə heç nə edə bilməzlər. Cinayət işi açılıb, bu işin axırına kimi gedəcəyik".Xatırldaq ki, hələ bir müddət əvvəl Rəqsanə ilə keçmiş prodüseri Təranə Səmədova borc məsələsi ilə bağlı "Günəbaxan" verilişində qarşı-qarşıya gəlmişdilər. Növbəti qarşıdurmanın isə məhkəmədə olacağı gözlənilir. Kimin haqq, kimin nahaq danışdığı isə yəqin ki qanunla müəyyən olunacaq.