"Dolu" filmi İsmayıllıda nümayiş olundu

Avqustun 8-də millət vəkili, tanınmış yazıçı Aqil Abbasın eyniadlı əsəri əsasında çəkilən "Dolu" filmi və onun yaradıcı heyəti İsmayıllıda olub. "OLAYLAR"ın məlumatına görə, film bir gün ərzində iki dəfə nümayiş edilib. Həmin gün film saat 15-00-da təhsil işçiləri, 18-00-da isə ictimaiyyət nümayəndələri və yerli sakinlər üçün nümayiş etdirilib. "Dolu"nun nümayişindən öncə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov filmin uğurlu alınmasından danışıb və bildirib ki, Qarabağ döüyşlərini ekranlaşdırmaq xalqımızn vətənpərvərlik əzminin yüksəlməsinə böyük təkandı.
Filmin rejissoru Elxan Cəfərov isə həm Bakıda, həm də İsmayıllıda tamaşaçıların "Dolu"ya böyük maraq göstərdiklərini və alqışlarla qarşıladıqlarını qeyd edib.  Filmin nümayişindən sonra İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov yaradıcı heyətlə görüşüb. Film barəsində xoş təəssüratlarını bölüşən başçı nümayiş olunan ekran əsərini müasir Azərbaycan kinosunun nümunəsi adlandırıb. Başçı belə filmlərin çəkilişində hər kəsin dəstəyinə ehtiyac olduğunu deyib və bəyan edib ki, İsmayıllı rayonunun rəhbərliyi və əhali mədəniyyətimizin inkişafı, vətənpərvərliyin tərənnümü istiqamətində bundan sonr da layiqli iş görən hər kəsə səylə kömək etməyə hazırdır.
   Xatırladaq ki, "Dolu" filminin çəkilişlərinin 70 faizi İsmayıllıda olub və erayon sakinləri filmdə kütləvi səhnələrdə çəkilib.
Sonda "Dolu"-nun yaradıcı heyəti, rayon ictimaiyyəti və qazilər Qarabağ savaşında 175 şəhid verən İsmayıllı rayonunun Şəhidlər Xiyabanını ziyarət edib, onların ruhuna dualar oxunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31