Nuridə Atəşi Alman Yazarlar Birliyinə üzv seçildi
10 Sentyabr 2012 14:29 MədəniyyətAlmaniyada N. Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru yazar və tədqiqatçı Nuridə Atəşi alman yazarlar birliyinə üzv seçilib.
Artıq Alman Jurnalistlər Birliyinin, P.E.N. Alman Mərkəzinin üzvü olan Nuridə Atəşi Almaniya Yazarlar Birliyinə üzv olmasını daha yüksək qiymətləndirir. Qeyd edək ki, indiyə qədər yalnız Məhəmməd Əsəd Bəy (Qurban Səid) yeganə azərbaycanlı olmuşdur ki, alman yazarı kimi bütün dünyada tanınmış və Alman yazarlar Birliyinin üzvü ola bilmişdi. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31