"Çiyələk" Sevdanın konsertində baş verənlər...
9 Sentyabr 2012 08:47 MədəniyyətMilli.Az xəbər verir ki, populyar estrada müğənnisi Sevda Yahyayeva sentyabrın 8-də vəd verdiyi konsert proqramı ilə tamaşaçıları qarşısında çıxış edib. Konsertdə aparıcılıq missiyasını İctimai Televiziyanın simalarından olan Kamran Quliyev öz üzərinə götürüb. Sevdadan öncə gənclərdən ibarət "Avantaj" qrupu və dj Çina gəncləri ritmik musiqilərlə coşdurublar.Al qırmızı paltarı ilə göz oxşayan müğənni təxminən iki saat boyunca ən sevimli mahnılarını ifa edib. Xatırladaq ki, konsertlə bağlı keçirilmiş mətbuat konfransında təşəkilatçılar Sevdanı "çiyələk"lə müqayisə etmişdilər. Görünür bunu nəzərə alan müğənni geyim seçimində qırmızıya üstünlük vermişdi.Ona dəstək olan həmkarları arasında təkcə müğənni Zamiq Hüseynov gözə dəydi.Konsertdə baş verən bütün maraqlı məqamlar isə Lider TV-də tanınmış teleaparıcı Murad Əzimzadənin təqdimatında yayımlan "İsitidir" verilişində nümayiş olunacaq.Sevdadan sonra türkiyəli dj Erdi səhnəyə çıxıb, gecəyarısına qədər maraqlı diskoteka təşkil edib