Viktor Hüqonun eşitdiyi ən gözəl tərif
Bir arabaçının sözləri idi...
8 Sentyabr 2012 08:19 MədəniyyətJurnalistlərdən biri Viktor Hüqodan soruşur:
- İndiyə kimi əsərlərinizi, sizin özünüzü çox tənqid ediblər və çox göylərə qaldırıblar. Bunlar arasında sizi ən çox hansı məmnun edib?
Hüqo cavab verir:
- Qarlı bir qış gecəsiydi. Dostlarla yaxşı yeyib içmişdik. Evim yaxın olduğuna görə piyada qayıdırdım. Tualetə getmək istəyirdim. Addımlarımı sürətləndirib evimin qapısına çatdım. Qapı bağlıydı. Var gücümlə qulluqçunu çağırdım: "İqoooooor!" Dəfələrlə qışqırmağıma baxmayaraq İqor məni eşitmirdi. Sidik kisəm Atlantik okeanı boyda olmuşdu. Az qala altımı batıracaqdım. Qocalmışdım daha. Çarəsiz şəkildə, həyətin divarına yaxınlaşdım. Ətrafa göz gəzdirdim. Heç kim görsənmirdi. Şalvarımın qabağını açdım və işimi görməyə başladım. Elə həmin an arxamda bir at arabası dayandı. Tərpənmədən sakitcə işimi görürdüm.
Arabaçı qəzəbli şəkildə üstümə qışqırdı:
- Ay oğraş, o divar "Səfillər"i yazan Viktor Hüqonun divarıdır!
Həyatımda özüm haqqında eşitdiyim ən xoş söz bu idi..kulis.az