Kameron Diasın sirri...
7 Sentyabr 2012 20:45 MədəniyyətTezliklə aktrisanın 40 yaşı tamam olacaq. Lakin onun bədən quruluşu 20 yaşındakı qızlardan heç də geri qalmır. Aktrisanın gözəllik və cavanlıq sirri iki ifadə ilə açıqlanır: Fiziki hərəkət və düzgün qidalanma. Kameron üçün məşğələlərin qrafikini və menyunu təlimçi Teddi Bass tərtib edir. Aktrisa həftədə beş dəfə bir neçə saat fasiləsiz olaraq idmanla məşğul olur.
Qidalanmaya gəldikdə, onun menyusunda zərərli məhsullara yer yoxdur. Əgər o, 20 yaşında günün istənilən saatında qızardılmış toyuqla fri kartof yeyirdisə, indi belə hərəkət yolverilməzdir.
Kameron Diasın rasionu ancaq faydalı məhsullardan ibarətdir. Xüsusi diqqət zülallara yönəldilib: səhər yeməyində qoz, yoqurt, protein tərkibli kokteyl, naharda qril toyuq, şam yeməyi isə yumurtadan ibarətdir. Bundan başqa, hər qida qəbulunda o, mütləq tərəvəzlər və meyvələr yeyir. Gün ərzində isə mineral su içir.
Aktrisa etiraf edir ki, hərdən kapuçino və tünd şokolad yeməkdən də imtina etmir.