Məşhur türk gəlin Hürrəm Sultan hamamında

Türkiyənin populyar aktrisa və aparıcılarından biri Hande Ataizi üç ildən bəri birlikdə olduğu amerikalı jurnalist Bencamin Harvi ilə sabah ailə quracaq. Milli.Az Milliyet-ə istinadən bildirir ki, toy İstanbulun Şile səmtindəki "Lavanda Otel"də olacaq. Hande Ataizinin xınayaxdı mərasimi isə İstanbulun Ayasofya səmtində, Hürrəm Sultan hamamında keçirilib. Xınayaxdıda Ataizinin ailə üzvləri və dostları, rəfiqələri vardı. Aktrisa bu mərasimin fotolarının yayılmasını istəmirdi. Lakin Handenin rəfiqələri fotolar çəkərək Twitter-də yayıblar. Ataizi mərasimdə ənənəvi gəlin paltarında olub. Bencamin Harvi isə onu hamamın qapısı önündə gözləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31