“Azərsun Holdinq”in Baş sponsorluğu ilə Beynəlxalq festival

Azərbaycanın milli dəyərlərinə hər zaman böyük diqqətlə yanaşan "Azərsun Holdinq" bu dəfə beynəlxalq festivalı dəstəklədi.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Masallının 2012-ci ildə "Azərbaycanın folklor paytaxtı" elan edilməsi çərçivəsində rayonda beynəlxalq folklor festivalı keçirilir.
Keçiriləcək bu festival "Azərsun Holdinq"in baş sponsorluğu ilə keçirilən bu sənət yarışmasında bir çox ölkələrin, o cümlədən Türkiyə, İran, Rusiya, Qazaxıstan, Latviya folklor kollektivləri iştirak edəcəklər.
3 gün davam edəcək festivalda suvenirlərin satış yarmarkasının, müxtəlif növ əyləncəli proqramlarının, el sənətkarlarının əl işlərindən ibarət sərgilərin də keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31