Azər Mirzəyev bu gün xəstəxanadan evə buraxılacaq

Artıq neçə müddətdir ki, səhhəti ilə bağlı problem yaşayan əməkdar artist Azər Mirzəyev kəskin ürək ağrısı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Həyat yoldaşının "OLAYLAR"a verdiyi eksklüziv məlumata görə hazırda Azər Mirzəyevin səhhəti stabildir: "Elə indi sizinlə danışarkən Azər müəllimi həkimi müayinə edir. Ürək ağrıları onu narahat edirdi. Amma indi şükür Allaha özünü normal hiss edir. Bu gün Azər müəllim xəstəxanadan evə buraxılacaq. Həkimlər ona bir müddət dincəlməyi məsləhət görür". "OLAYLAR"İA
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31