Nə belə toy görünmədi,nə də belə bəy-gəlin...
Müğənni Nicat Cəfərzadə həyat yoldaşının şərəfinə özəl mahnı ifa etdi
6 Sentyabr 2012 23:12 MədəniyyətMilli.Az-ın toyda olan əməkdaşı xəbər verir ki, Nicat və Lalənin toyu dəbdəbədən uzaq, əsasən, qohumların iştirakı ilə baş tutmaqdadır. Toyu idarə etmək missiyasını populyar estrada müğənnisi Elton Hüseynəliyev öz üzərinə götürüb.Ən maraqlı məqamlardan biri o oldu ki, söz və musiqisi gəlinə məxsus olan "Saf sevgi ilə sevərəm" adlı mahnını müğənni bəy öz həyat yoldaşının şərəfinə ifa etdi.Toyda prodüserlər - Anar, Elnurə Mədətovlar, teleaparıcı İdris Cəfərov və əməkdar artist Zaur Əmiraslanov öz xanımı ilə tanınmış qonaqlar qismində iştirak edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31