Gəlmişəm otağına oyadam səni...

Sənətçi Taras Polataiko Kiyevdəki Beynəlxalq Sənət Muzeyində "Yatmış gözəl" adlı fərqli sərgiyə başlayıb. Sərgidə yatmış ukraynalı qadınlar onları öpüb oyandıracaq kişilərlə evlənirlər.Kulis.az "Euronews"a istinadən xəbər verir ki, keçən həftə başlayan sərgidə hazırda beş qadın yatır. Onları oyandıracaq "şahzadə" isə hələ yoxdur. Namizədlər 18 yaşdan yuxarı və subay olmalıdırlar. Muzeyə gələnlər və "yatmış gözəllər" əvvəlcədən "tez nigah" müqaviləsini imzalayırlar.Sərginin yaradıcısı Polataiko müsahibəsində: "İnsanlarımız səbrli olsunlar. Gözəllik yuxuda olanda, ölkə də yuxuda olur. Əgər ölkə oyadılacaqsa, gözəllik də oyandırılmalıdır", - deyə açıqlama verib.Sentyabrın 9-a qədər davam edəcək sərgidə bir neçə cütlüyün evlənəcəyi gözlənir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31