Nizami Gəncəvi haqqında film çəkilir

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Nizami Gəncəvi" sənədli filmi üzərində işlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, dahi Nizaminin anadan olmasının 870 illiyinə həsr olunan ekran əsərinin rejissoru Rafiq Quliyev, operatoru Ceyhun Quliyev, icraçı prodüseri Tofiq Musayevdir. Çəkilişlərinin xeyli hissəsi artıq geridə qalan filmin yaradıcı qrupu çəkilişləri davam etdirmək üçün şairin doğulduğu Gəncə şəhərinə yola düşməyə hazırlaşır.
Gəncədə şəhər ziyalılarının, Nizamişünaslıq Mərkəzinin alimlərinin, adi şəhər sakinlərin böyük həmyerliləri haqqında fikirləri öyrəniləcək, şairə aid xatirə məkanları lentə alacaq.
Filmin sentyabrın sonunda təhvil verilməsi nəzərdə tutulub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31