Flora Kərimova və Nadir Qafarzadə - onları birləşdirən nədir?

Xalq artisti Flora Kərimovayla müğənni Nadir Qafarzadə bir araya gəliblər.   Publika.Az-a danışan klipmeyker Nail Naiboğlu bildirib ki, sözləri və musiqisi gənc bəstəkar Elşənə məxsus olan "Dözmür ürək" mahnısına çəkəcəyi klipi bir məkanda ekranlaşdıracaq.
"Lirik mahnıdır və maraqlı duetdir. Sifariş Nadir Qafarzadədən gəlib və çəkilişlərə sentyabr ayında başlayacağıq".
Xatırladaq ki, Flora Kərimovayla Nadir Qafarzadə bir neçə il bundan əvvəl "Darıxmışam sənin üçün" mahnısını duet oxumuşdular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31