Alla Puqaçova özünə qəbir yeri alıb

Məşhur Rusiya estrada ulduzu Alla Puqaçova Moskvada özünə qəbir yeri alıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, pop-diva paytaxtın Kuzminka qəbiristanlığında, qardaşının qəbrinin yanında yeri əldə edib.
Puqaçova zarafatla jurnalistlərə onu da bildirib ki, hələ ki ölməyə tələsmir. "Amma eşitmişəm ki, sağ ikən özünə qəbir yeri almaq hələ uzun yaşamağın əlamətidir"- deyə, o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31