EMİN bunu ilk dəfə edəcək...
İfaçı “Crocus City Hall” konsert zalında simfonik orkestrin müşayiəti ilə oxuyacaq
30 Avqust 2012 16:47 MədəniyyətRusiyanın və Azərbaycanın populyar bəstəkar-müğənnisi, Böyük Briyaniyanın yeni parlayan ulduzu EMİN dekabrın 11-də Moskvanın məşhur "Crocus City Hall" konsert zalının səhnəsində çıxış edəcək.
ANS PRESS-in məlumatına görə, müğənni ilk dəfə olaraq bu konsertdə simfonik orkestrin müşayiəti ilə oxuyacaq.
EMİN-in "After The Thunder" adlı son albomu may ayında işıq üzü görüb. Həmçinin, o, may ayında Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində yaddaqalan çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31