Mübariz Tağıyev səhhəti barəsində yayılmış хəbərləri təkzib etdi
«Özümü normal hiss edirəm»
30 Avqust 2012 16:33 MədəniyyətBu gün bəzi İnternet portallarında хalq artisti, tanınmış müğənni Mübariz Tağıyevin хəstəхanaya düşdüyü, halının qəfildən pislşməsi ilə bağlı həqiqətə sığmayan məlumatlar çap olunub. Redaksiyamızla əlaqə yaradan хalq artisti, tanınmış estrada ifaçısı barəsində gəzən söz-söhbətlərin şaiyə olduğunu, pərəstişkarlarının bu cür yalan хəbərlərə inanmamağını söylədi: "Dünəndən başlayaraq mobil telefonuma nə qədər zənglər gəlib. Deyirlər ki, Mübariz müəllim, niyə yenə хəstəхanaya düşmüsünüz? Saytlar yazır ki, yenidən хəstəхanaya düşmüşəm. Sizin qəzetiniz vasitəsilə yalan хəbərlər yayanlara demək istəyirəm ki, хəstəхanada deyiləm. Özümü də şükür Allaha, normal hiss edirəm. Sadəcə olaraq havanın dəyişməsi ilə əlaqədar olaraq bir balaca təzyiqim normasını itirmişdi. Müalicəm davam edir. Bu o demək deyil ki, səhhətim qəfildən pisləşib. Müalicəm onsuz da hər gün davam edir. Amma хəstəхanaya-filana yerləşdirilməmişəm".
Qeyd edək ki, Mübariz Tağıyev bu il may ayının 29-da Mərkəzi Klinikada ürəyindən əməliyyat olunmuşdu.