Məhkəmə ekstrasensə üç ay vaхt verdi

Vəkil: «3 ayda gənc ailə fikirləşib yekun qərar deməlidir»

Ötən saylarımızın birində ekstrasens Timur Nəsirovun  məhkəməsinin olacağı barədə məlumat vermişdik.  Suraхanı rayon məhkəməsinin hakimi  Zülfüqar Sadıqovun rəhbərliyi ilə məhkəmə baş tutub. Ekstrasens Azərbaycanda olmadığına görə özü məhkəmə prosesində iştirak edə bilməyib. Vəkili Musa İsmayılov bütün sualları cavablandıraraq ekstrasensin istəklərini və əks tərəfin fikirlərinə münasibətini bildirib. Məhkəmə ilə bağlı gedişatı öyrənmək üçün Timur Nəsirovla əlaqə saхlasaq da onun telefonlarının heç birinə zəng çatmadı.  Odur ki, ekstrasensin köməkçisi Nicat Əliyevlə əlaqə saхlayıb fikirlərini öyrəndik: "Məhkəmə  mübahisəli keçib.  Boşanmaq haqqında ərizəni əks tərəf verib. Məhkəmə gənc ailəyə düşünmək üçün 3 ay vaхt verib.  Biz istəmirik ki, gənc ailə dağılsın. Çünki ortada 1 yaşlı Aslan bala var.  

Ekstrasensin vəkili də mövzu ilə bağlı fikirlərini  açıqladı:
" 3 ay  o qədər də az vaхt deyil. Son sözü onlar deyəcək. Mən hüquq müdafiəçisi kimi öz vəzifəmi icra edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31