«Top həm qalхar, həm düşər»

Serbiyanın Zlatibor şəhərində Beynəlxalq İdman Kinosu Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 14 ölkədən 25 ekran əsərinin nümayiş edildiyi festivalda ölkəmiz "Top həm düşər, həm qalxar" sənədli filmi ilə təmsil olunub və film festivalın birinci mükafatına layiq görülüb.
\"Salnamə\" sənədli filmlər studiyasında rejissor Arzu Urşanın çəkdiyi ekran əsəri son bir neçə ay ərzində İtaliya, Rusiya və Türkiyədə keçirilən beynəlxalq kino müsabiqələrinin baş mükafatlarını qazanıb. Azərbaycan futbolunun tarixindən bəhs edən filmin ilin sonuna qədər digər bir neçə festivalda da iştirakı gözlənilir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31