“AzDrama”nın yaradıcı heyəti bu gün məzuniyyətdən qayıdıb

Teatrda yeni tamaşanın məşqlərinə başlanılıb

Bu gündən başlayaraq Akademik Milli Dram Teatrının yaradıcı heyəti məzuniyyətdən qayıdıb. Teatrın mətbuat хidmətinin katibi Elçin Cəfərovun  "Olaylar"a verdiyi  açıqlamaya  görə artıq teatrda yeni tamaşanın məşqlərinə başlanılıb:  "Yeni mövsümə qayıdış münasibəti ilə teatrın rəhbərliyinin iştirakı ilə iclas keçiriləcək. Məzuniyyətdən dönən kimi artıq teatrda Fernand Bruknerin "Napoleon" əsərinin məşqləri başlanıb. Sentyabrın 1-2-də  isə həm yeni quruluş veriləcək əsərlərin adları, həm də tamaşalarda rol alan aktyorlar adları məlum olacaq. İnşallah beynəlхalq teatr günü ilə bağlı noyabrın 7-də teatrda konfrans keçiriləcək.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31