«ATV-dən çıхmaq üçün ərizə yazmışdım»

Xalq artisti Nazpəri Dostəliyeva danışdı

Xalq artisti, sevilən müğənni  Nazpəri Dostəliyevaya ATV kanalı tərəfindən qadağa qoyulması barəsində söz-söhbətləri Nazpəri Dostəliyeva təkzib edib. "Olaylar"a verdiyi eksklüziv açıqlamada Nazpəri хanım özü bu kanaıl tərk etdiyini söyləyib: "Mənə ATV kanalı heç bir qadağa qoymamışdı. Mən özüm o kanalın verilişlərinə çəkilməkdən  imtina etmişdim. Müəyyən səbəblər,  yazdığım  ərizələrim, filan var idi. Artıq rəhbərlik dəyişdiyindən bundan sonra ATV kanalında məni görə biləcəksiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31